12 Dekabr 2018 19:23
326
CƏMİYYƏT
A- A+

Ümummilli lider Heydər Əliyevin anım günü İsmayıllıda silsilə tədbirlərlə qeyd olunub


İsmayıllı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər təşkil edib. Bu çərçivədə yürüşlər, idman yarışları və xatirə turnirləri keçirilib. Dekabrın 11-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev idarəetmə məktəbi”nin "Azərbaycan tarixinin Heydər Əliyev epoxası: inkişaf, xilaskarlıq və yüksəliş” mövzusunda məşğələsi keçirilib. Uulu öndərin İsmayıllıya səfərlərinin şahidi olmuş ziyalılar, ictimaiyyət nümayəndələri, icra strukturlarının, pedaqoji sahənin işçiləri, veteranlar, həmçinin gənclər məşğələdə iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən film göstərilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyev şəxsiyyəti daim öyrənilməli, ölkənin inkişafında fəal iştirak etmək, yüksək nəticələrə çatmaq üçün bu dahi şəxsiyyətin verdiyi tövsiyələr icra olunmalıdır. Ulu öndərin ümumxalq maraqlarına əsaslanan siyasəti Azərbaycanı yüksək inkişaf səviyyəsinə çatdırıb, çətin zamanda xilas edib və sonra dünya miqyasına çıxarıb.

RİH başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova "Heydər Əliyev şəxsiyyətində milli liderliklə siyasi liderlik vəhdətdə olub” mövzusunda məruzə edib.

Məşğələdə "Ümummilli lider Heydər Əliyevin çoxistiqamətli siyasəti ümumxalq maraqları üzərində qurulurdu”, "Ümummilli lider Heydər Əliyev Azərbayanın xilaskarıdır” və "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yaradıcısı və qurucusu olub” mövzularında da məruzələr diinlənilib.

2017-ci il dekabrın 12-də isə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi ziyarət edilib, önünə gül düzülüb. Ziyarətçilər sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini dolğun əks etdirən filmə tamaşa ediblər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video