12 Dekabr 2018 19:19
381
DÜNYA
A- A+

“Huawei”nin maliyyə direktoru azadlığa buraxıldı


Kanadada Britaniya Kolumbiyası vilayətinin məhkəməsi "Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounu 10 milyon Kanada dolları məbləğində girov müqabilində azadlığa buraxmışdır. Müvafiq qərarı hakim Uilyam Erke qəbul etmişdir. Yerli KİV-in xəbərinə görə, Vançjou Vankuverdəki şəxsi evində qalmalıdır.

Məhkəmənin qərarına əsasən, girovun böyük hissəsi – 7 milyon Kanada dollarını o, nağd şəkildə, digər 3 milyonu isə daşınmaz əmlakla ödəməlidir. ABŞ Vançjounun ekstradisiyasını rəsmən tələb etməsə, o, azadlığa buraxılacaq.

Xatırladaq ki, Kanadada həbs edilmiş Men Vançjou təqsirsiz olduğunu bildirmiş və məhkəmənin onun ABŞ-a ekstradisiyası barədə qərarınadək girov müqabilində azadlığa buraxılmasını tələb etmişdi. Maliyyə direktoru Amerika mənşəli "Huawei” məhsullarını İran və digər ölkələrə göndərməkdə ittiham edilir. Bu isə ABŞ-ın ixrac qanunvericiliyini və sanksiyalar haqqında qanunları pozur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video