12 Dekabr 2018 17:27
153
SİYASƏT
A- A+

Ulu öndər Heydər Əliyevin xatirəsi Ankarada və İstanbulda yad olunub


Azərbaycan xalqının Ümummilli Liderinin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ankaradakı Heydər Əliyev Parkında anım mərasimi təşkil olunub. Ulu Öndərin parkdakı abidəsi önünə əklillər qoyulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyətin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

x x x

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında da anım tədbiri təşkil olunub. Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər qurumlarımızın təmsilçiləri, diplomatlar, ziyalıları, QHT və KİV təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstəriblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün abidəsi önünə də gül dəstələri qoyulub, xatirəsi yad olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video