12 Dekabr 2018 17:23
290
CƏMİYYƏT
A- A+

Anar Bağırov: Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı Avropa Məhkəməsinə müraciətimiz gələn il müsbət nəticələnə bilər


Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələ ilə bağlı lazımi prosedurlar mütəmadi qaydada davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov dekabrın 12-də jurnalistlərə açıqlamasında deyib.

A.Bağırov bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər və müraciətlər prosedura uyğun olaraq hər iki tərəfə ünvanlanır. Artıq bu fakt Avropa Məhkəməsində tanınıb.

Azərbaycan dövlətinin və ölkə ictimaiyyətinin bu məsələni daim diqqət mərkəzində saxladığını vurğulayan Vəkillər Kollegiyasının sədri qeyd edib: "Bu, ən böyük problemlərimizdən biridir. Qondarma rejim tərəfindən vətəndaşlarımızın hüquqları kobudcasına pozulub. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqət göstərir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video