11 Dekabr 2018 18:24
304
SİYASƏT
A- A+

Dmitri Kiselyov: Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasına mühüm töhfə verib


Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda deyil, daha geniş regionda da sülh amilidir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin baş direktorunun müavini, populyar televiziya aparıcısı Dmitri Kiselyov "Vestnik Kavkaza”nın müxbiri ilə müsahibəsində bildirib.

"Hazırda Rusiya-Azərbaycan münasibətləri təkcə Qafqazda deyil, daha geniş regionda da sülh amilidir. Məsələn, Azərbaycan Rusiya və İran arasında xüsusi vasitəçi qismində, hətta bizim üçtərəfli layihələrdə tərəfdaş kimi də tam uğurla iştirak edir”, - deyə D.Kiselyov bildirib.

Rusiyalı jurnalist xüsusi vurğulayıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında müasir qarşılıqlı faydalı strateji münasibətlərin qurulmasına mühüm töhfə verib. "Mənə elə gəlir ki, o, əlaqələrin sağlam bünövrəsini qoyub. Heydər Əliyevin ideyası Rusiya-Azərbaycan-İran münasibətləri üçbucağını qurmaqdan ibarət idi. Bu, olduqca balanslaşdırılmış üçbucaq oldu və onun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində nizama salma amili oldu”, - deyə jurnalist vurğulayıb.

"Prezident İlham Əliyev bu istiqamətdə öz atasının siyasi xəttini davam etdirir. Azərbaycan olduqca sürətlə inkişaf edir, beynəlxalq arenada özünü inamlı hiss edir, ölkə daxilində isə sabit və balanslaşdırılmış cəmiyyət mövcuddur. Hesab edirəm ki, bu, hazırkı iqtidarın böyük xidmətidir”, - deyə Dmitri Kiselyov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video