10 Dekabr 2018 18:08
372
DÜNYA
A- A+

Bu ilin Nobel sülh mükafatı sahibinə təqdim olunub


Dekabrın 10-da Norveçin və İsveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifolunma mərasimləri keçirilib.

AZƏRTAC xəbər verir ki, həmişə olduğu kimi, Stokholm və Oslo şəhərlərində təşkil edilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anın günündə keçirilib. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

Oslo Şəhər Ratuşasında, "cinsi zorakılığın döyüş silahı kimi və silahlı qarşıdurmalarda istifadəsinin sona çatdırılması uğrunda səylərinə görə”, insan haqları üzrə fəallar Denis Mukveqeyə və Nadiya Murada 2018-ci il üzrə Nobel sülh mükafatının təqdim olunması ilə bağlı təntənəli mərasim keçirilib. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən tədbirdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.

Tədbirdə çıxış edən Norveçin Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen builki laureatlardan söz açaraq deyib ki, ədalət üçün mübarizə onları birləşdirir. Öz növbəsində mükafatın laureatı Nadiya Murad deyib: "Ümid edirəm ki, bu gün yeni bir dövrün başlanğıcı olacaq, sülhün prioritet kimi qəbul olunduğu bütün yerlərdə qadınları, uşaqları və azlıqları, xüsusilə də cinsi zorakılıq qurbanlarını qorumaq üçün yeni bir yol xəritəsi müəyyən etməyə başlanılacaq”.

Qeyd edək ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.

Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı Kral ХVI Karl Qustav tərəfindən laureatlara təqdim olunub.

Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video