19 Noyabr 2018 21:45
233
SİYASƏT
A- A+

Prezident Həsən Ruhani: İran-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır


İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa, etimada və dostluğa əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində xalq qarşısında çıxış edərkən deyib. Prezident bildirib ki, İranın düşmənləri müxtəlif təxribatlarla onun Türkiyə, İraq və Azərbaycan ilə münasibətlərini korlamağa çalışıblar. Lakin tərəflərin qarşılıqlı etimadı bu təxribatların baş tutmasına imkan verməyib. İran bütün qonşuları ilə yaxın əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

H.Ruhani diqqətə çatdırıb ki, İran xalqının Allahdan başqa heç kimdən qorxusu yoxdur. Biz heç bir dövlətə qarşı sanksiya tətbiq etməmişik. Bölgədə həyata keçirdiyi qeyri-konstruktiv siyasətin məğlubiyyətə uğradığını görən ABŞ İrandan qisas almaq istəyir. Ona görə də iqtisadi sanksiyalar tətbiq etməklə İran xalqını sosial vəziyyətini gərginləşdirməyə çalışır. İstəyir ki, ölkədəki sabitliyi pozsun. Lakin xalqın birliyi və düşmənin hiyləsini başa düşməsi buna imkan verməyəcək. ABŞ-ın İrana qarşı apardığı psixoloji müharibə məğlubiyyətə düçar olacaq.

Prezident bəyan edib ki, İran heç bir dövlətin daxili işinə qarışmır və heç bir regiona müdaxilə etmir. H.Ruhani Urmiya gölünün quruması məsələsinə də toxunub. Diqqətə çatdırıb ki, əgər hökumət tədbirlər görməsəydi, bu gün göldə bir damcı da olsun su qalmazdı. Məhz dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Urmiya gölünün quruması dayanıb. Gələcəkdə daha səmərəli tədbirlər hazırlanaraq gölün suyunun əvvəlki səviyyəyə qalxması təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video