19 Noyabr 2018 21:01
317
DÜNYA
A- A+

Kaliforniyada yanğınların vurduğu zərər 9-13 milyard dollar həcmində qiymətləndirilir


Kaliforniyada "Kemp” və "Vulsey” meşə yanğınları 9-13 milyard dollar həcmində iqtisadi zərər vurub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qlobal risklərin modelləşdirilməsi üzrə kompaniyanın (RMS) məlumatında bildirilir. Kaliforniyanın şimalında tüğyan edən "Kemp” yanğını dövlətə 7,5-10 milyard dollara, ştatın cənubunu bürüyən "Vulsey” yanğını isə 1,5-3 milyard dollara başa gələ bilər. Bu qiymətləndirməyə mülkiyyətə və avtomobillərə vurulan zərər, təsərrüfat fəaliyyətinin dayanmasından dəyən ziyan və insanların yaşayışına çəkilən xərclər daxildir.

Kompaniyanın məlumatına əsasən, hazırda yanğınların ümumi sahəsi demək olar ki, 100 min hektara çatıb. Təbii fəlakət nəticəsində azı 80 nəfərə həlak olub, 1200-ə yaxın insan itkin düşüb, 300 mindən çox insan təxliyə edilib, təxminən 12 min bina isə yanaraq külə dönüb.

İndiyədək Kaliforniya tarixində ən dağıdıcı təbiət yanğını 2017-ci ilin oktyabr ayında ştatın şimalında, sahilə yaxın rayonlarda qeydə alınmış "Tubbs” sayılırdı. O vaxt 15 min hektar əraziyə yayılan "Tubbs” 5,5 min tikilini məhv etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video