19 Noyabr 2018 15:36
625
İQTİSADİYYAT
A- A+

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Mərdəkandadır


Əmlak Məsələləri Dövlət Komitəsi göstərilən xidmətləri əhaliyə daha yaxın etmək üçün ictimai kampaniyaların keçirildiyi ərazilərin sayını artırmaqda davam edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipini rəhbər tutaraq "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası bu həftə Mərdəkan qəsəbəsində keçirilir.

Xidmətlərdən yararlanmaq istəyən sakinlər noyabrın 19-dan 23-dək saat 09:00-dan 17:00-a qədər Xəzər rayonunun Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, Mədəniyyət Sarayının qarşısındakı mobil ofisə yaxınlaşa bilər.

Kampaniya çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaka dair çıxarış almaq istəyən vətəndaşlar sənədlərini səyyar xidmət ofisinə təqdim edə bilər.

Qeyd olunub ki, sosial aksiya zamanı vətəndaşlara qeydiyyat ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Sakinlər tərəfindən komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün suallar mütəxəssislər tərəfindən cavablandırılır, hüquqi məsləhətlər verilir.

"Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının keçirilməsi vətəndaşların mülkiyyət hüququndan rahat istifadəsini təmin edir, eləcə də, qanunvericiliyə uyğun leqal əmlakların sayını artırır. Bu kampaniya nəticəsində hər bir kənd və qəsəbədə sağlamlıq imkanları məhdud və yaşlı sakinlərin maneəsiz qeydiyyat xidmətlərindən istifadə etməsinə şərait yaradılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video