17 Oktyabr 2018 15:58
247
DÜNYA
A- A+

“Sasna Tsrer” terror təşkilatının üzvləri Ermənistanda deputatlığa iddialıdırlar


Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan ictimaiyyətində siyasi gərginlik artır.
AZƏRTAC-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, 2 il əvvəl Yerevanda hərbi qiyam etmiş "Sasna Tsrer” terror təşkilatının azadlığa buraxılan 27 üzvü də deputatlığa iddialıdır. Öz partiyalarını yaradan bu şəxslər Yaxın Şərqdə, əsasən Livanda və Suriyada yaşayan ermənilərdən ibarət silahlı terror dəstələrinin üzvləridir. Onların əksəriyyəti Dağlıq Qarabağda Azərbaycana qarşı müharibədə iştirak edib.

Siyasi qüvvələrin parlament uğrunda mübarizə apardıqları bir vaxtda Sünik vilayətində əhali ayağa qalxıb. Ermənistan-İran magistralını bağlayan narazı kütlə Unan Poqasyanın qubernator seçilməsinin əleyhinə çıxırlar. Bildirilir ki, Poqasyan Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın polis rəisinin müavini vəzifəsini icra edib. Hüquq-mühafizə orqanlarında yüksək səlahiyyətlərə malik olan bu şəxs qanunsuz əməlləri ilə ad çıxarıb. İndi onun Sünikə qubernator təyin edilməsi yerli əhalini qəzəbləndirib. Onlar hökuməti bu qərarı dəyişməyə çağırıblar. Onlar əks təqdirdə magistralı bağlı saxlayaqaclarını iddia edirlər. Aksiya zamanı magistralın bağlanması nəticəsində ağır tonnajlı yük avtomobilləri sərhədə yaxınlaşa bilmədikləri üçün tıxac yaranıb. Bu da sürücülər tərəfindən narazılıqla qarşılanıb. Polisin müdaxiləsinə baxmayaraq, etirazçılar yolu boşaltmayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video