17 Oktyabr 2018 15:44
296
İQTİSADİYYAT
A- A+

Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır


Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyini müsbət qiymətləndirmək olar. Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarındandır. Bu, yeganə forumdur ki, dünyanın aparıcı hökumət və dövlət liderlərini bir araya yığır. Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edəcək hesabatlardır. Xüsusən də illik görüşlərində qlobal müzakirənin də aparılması ondan xəbər verir ki, Dünya İqtisadi Forumu qlobal məsələlərə təsir imkanı olan forumdur. Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, son hesabatda yeni metodologiyadan istifadə olunub və burada həm ümumi istiqamət, həm də indikatorlar üzrə qiymətləndirmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. İndikatora görə, Azərbaycanın mövqeyi biznesin qeydiyyatdan keçmə indeksinə görə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci yerdə bərqərar olub. Bu da müsbət məqam kimi qiymətləndirilə bilər.

"Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə dünyada ilk pillədədir. Ölkəmiz həm də sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır, bəzi indikatorlara görə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Bu indikatorlar göstərir ki, Azərbaycanın mövqeyində yaxşılaşmalar qeydə alınıb", - deyə V.Bayramov bildirib.

Ekspert hesab edir ki, növbəti illərdə islahatların dərinləşməsi Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video