17 Oktyabr 2018 15:09
238
İQTİSADİYYAT
A- A+

Azərbaycanın energetika naziri Çində səfərdədir


Azərbaycanın energetika naziri Çində səfərdədir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov oktyabrın 18-də keçiriləcək "Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda iştirak üçün Çinə səfər edib. "Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində ilk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında energetika naziri Pərviz Şahbazovun da çıxışı nəzərdə tutulub. Əsas məqsədi "Kəmər və Yolun Enerji Tərəfdaşlığı”nın qurulmasından ibarət olan tədbirdə bu əməkdaşlıq qlobal inkişafın hərəkətverici qüvvəsi kimi nəzərdən keçiriləcək. "Bir kəmər və bir yol” təşəbbüsü qurşağında yerləşən ölkələr arasında qarşılıqlı mənfəətli və bərabərhüquqlu tərəfdaşlıq şəbəkəsinin yaradılması imkanları araşdırılacaq. Enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılacaq. Konfransın yekununda "Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi”nin qəbulu planlaşdırılır.
Qeyd edək ki, "Bir kəmər və bir yol” təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video