17 Oktyabr 2018 11:19
146
CƏMİYYƏT
A- A+

Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qari Counzla görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, bu istiqamətdə aparılan işlər barədə məlumat verib.

Nazir ölkə iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib.

S.Babayev ƏƏSMN və BP–"British Council”in birgə layihəsi olan "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, proqram çərçivəsində 90 nəfərədək əlilliyi olan şəxsin ingilis dili, kompüter və sosial bacarıqların inkişafı istiqamətində təlimlərə cəlb olunması onların gələcək məşğulluğunun təminatına mühüm dəstəkdir. Digər tərəfdən, müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediliblər. Proqram iştirakçılarına psixoloji dəstəyin göstərilməsi və məşğulluq üzrə müvafiq məsləhətlərin verilməsi də nəzərdə tutulub. Nazir gələcəkdə belə dəyərli layihələri əhatə edən əməkdaşlığın daha geniş müstəvidə qurulmasının məqsədəuyğun olacağını vurğulayıb.

Q.Counz BP şirkətinin öz layihələrinin icrası zamanı məşğulluq amilinə xüsusi əhəmiyyət verdiyini deyib. O, sosial cəhətdən həssas qrupların, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün onların bacarıqlarının artırılmasına xidmət edən layihə üzrə aparılan işlərdən bəhs edib, bu sahədə layihələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin diqqətdə saxlanacağını bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları barədə də Q.Counza ətraflı məlumat verilib. "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlər, birgə fəaliyyətin gələcək istiqamətləri, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video