16 Oktyabr 2018 21:38
224
CƏMİYYƏT
A- A+

IDEA “Eko-skaut”larının sayı gündən-günə çoxalır


IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan "Eko-skaut” layihəsi uğurla davam edir. Qısa müddət ərzində sayları 160-a çatan IDEA eko-skautlarının aktiv üzvlərinin iştirakı ilə oktyabrın 13-də Park Bulvar Ticarət Mərkəzində "Tullantıdan incəsənətə” mövzusunda sərgi keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, sərginin təşkilində məqsəd tullantıların düzgün idarə edilməsinə kömək etmək, istifadəyə yararsız əşyalara təkrar istifadə yolu ilə ikinci həyat vermək, tullantıların azaldılmasını kiçik yaşlardan təbliğ etmək və uşaqların asudə vaxtlarının səmərəli istifadəsini təşkilindən ibarətdir.

30-dan çox əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik qablardan, yumurta qabıqlarından, yararsız və köhnə qəzetlərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək hazırlanmış kiçik sənət nümunələri nümayiş edilib.

Eko-skautlar sərgiyə baxmaq üçün yaxınlaşan və əl işlərinə maraq göstərən hər kəsə ətraf mühitin mühafizəsi naminə təkrar istifadə, eləcə də tullantıların azaldılması prinsiplərinin əhəmiyyətindən bəhs ediblər.

Xüsusi aktivlik göstərərək müvafiq balı toplamış eko-skautlar növbəti mərhələyə keçərək yeni status qazanıblar. Onlar ətraf mühitin qorunmasında, təbiətə qarşı qayğıkeş münasibətdə, ekoloji problemlərin həlli yollarını axtarmaqda fəal iştiraklarına və layihənin ikinci mərhələsini uğurla keçdiklərinə görə "Bələdçi” statusuna layiq görülüb, sertifikatla təltif ediliblər.

Tədbirin sonunda sərgi iştirakçıları Tusi-Bohm Planetariumda "Ağacların sirri” filmini izləyiblər. Daha sonra, IDEA tərəfindən eko-skautlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Eko-skaut” layihəsinə ötən ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. IDEA eko-skaut layihəsi gənclərə planet üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumatı (http://www.ideacampaign.org/ecoscout/) linkindən və ya (012) 497 6316 nömrəli telefondan əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video