16 Oktyabr 2018 17:09
271
DÜNYA
A- A+

Trampın ticarət müharibəsi üzündən dünya 1,5 trilyon dollar itirəcək


ABŞ Prezidenti Donald Trampın başladığı ticarət müharibəsi ucbatından dünya 1,5 trilyon dollar itirəcək. Yaxın perspektivdə Çin, uzunmüddətli perspektivdə isə ABŞ-ın özü cavab rüsumları səbəbindən ən çox ziyan çəkən ölkələr olacaq.

Bu qənaətə ekspertlər Beynəlxalq Valyuta Fondunun illik iclasında gəlmişlər. Onlar hesab edirlər ki, dünya bazarı dərhal 17 faiz azalacaq və bu, böhranlı 2008-ci il hadisələrinə bənzər sarsıntı olacaq.

Bundan əlavə, artıq gələn il məhz Amerikanın proteksionizmi üzündən dünya ticarətinin artımının azalması hiss olunacaq. Böyük Britaniyanın Avropa İttifaqından çıxması da vəziyyətə qeyri-müəyyənlik əlavə edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video