15 Oktyabr 2018 15:25
213
CƏMİYYƏT
A- A+

İnsanların həyatı və sağlamlığına təhlükə törədən ət satışına cəhd göstərən şəxslər həbs olunub


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, lakin bəzi hallarda ictimai iaşə xidmətləri göstərən ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qida təhlükəsizliyi qaydalarının ciddi pozulması hallarına yol verilir. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirilərkən Bakı şəhərinin Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə cavab verməyən ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kiloqram 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kiloqram 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılıb və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülüb.

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkarlanıb. Toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmaya cəhd), 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmaya cəhd) və 308.1-ci (mühüm zərər vurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş Həsənov Əli Tahir oğlu, Nəbiyev Şamxal Kərim oğlu, Tağıyev Vasif İbadulla oğlu və Səlimov Cahangir Xələf oğlunun əlbir olaraq istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1-ci və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video