15 Oktyabr 2018 13:59
243
SİYASƏT
A- A+

Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq


Prezident İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi biri-birini tam şəkildə bağlayan mühüm siyasi hadisələrdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini şərh edən Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.

Azərbaycan Xalq Cümhuriyyətinin məqsədinin müstəqillik, inkişaf və tərəqqi olduğunu diqqətə çatdıran Akkan Suver qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyev qısa zaman kəsiyində Cümhuriyyət hökumətinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində böyük nailiyyətlər qazanıb. Bu uğurların əsasında dərin zəka, yüksək intellekt, polad siyasi iradə, ən əsası isə hakimiyyətlə xalqın birliyi dayanır. Bütün bu məqamlar barədə Əli Həsənovun məqaləsində ətraflı bəhs olunur.

"On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqalədə Azərbaycanın son 15 ildə qazandığı bütün uğurlar əsaslı şəkildə təhlil olunub. Bu elmi yanaşma Azərbaycanın uğurları ilə ətraflı tanış olmayan şəxslərdə belə ölkənin həqiqətləri barədə əyani fikir formalaşdırır. "Əminliklə deyə bilərəm ki, gələcəkdə bu məqalədən Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin araşdırılması üçün dəyərli mənbə kimi istifadə olunacaq”, - deyə professor Akkan Suver fikirlərini tamamlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video