14 Oktyabr 2018 00:33
374
SİYASƏT
A- A+

Rusiyanın “Vestnik Kavkaza” agentliyinin saytında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun məqaləsi dərc olunub


Rusiyanın "Vestnik Kavkaza” analitik informasiya agentliyinin saytında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində 15 illik fəaliyyətinə həsr edilmiş "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 illiyi tamam olur. Əli Həsənovun bu münasibətlə yazdığı məqalədə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətindən söhbət açaraq oxucuların diqqətinə çatdırır ki, dövlət başçısının 15 illik prezidentliyi dövründə daxili ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları, ölkənin əmin-amanlığı təmin edilib, vətəndaşların rifah halı getdikcə yüksəlib.

Müəllif vurğulayır ki, Azərbaycan son 15 ildə əsas daxili inkişaf parametrləri üzrə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib. Ölkədə vətəndaş cəmiyyəti təsisatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına böyük əhəmiyyət verilir, planlı sosialist iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilir. Qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilib, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb.

Əli Həsənov qeyd edir ki, aqrar sektorda həyata keçirilən islahatlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, "Şərq-Qərb” və "Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Həmçinin Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulduğunu diqqətə çatdıran Əli Həsənov xatırladır ki, 2010-cu ildə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1”, 2014-cü ildə ikinci - Yer səthini müşahidə edən "Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki - "Azerspace-2” orbitə çıxarılıb.

Məqalədə qeyd edilir ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş ciddi tədbirlər görülüb, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılıb, şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü bildirən Əli Həsənov qeyd edir ki, dövlət başçısının milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, beynəlxalq nüfuzu getdikcə yüksəlib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Qoşulmama Hərəkatına üzv qəbul edilib. Prezident

İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılmasını və inkişafını təmin edib. Ölkədə bədən tərbiyəsi və idman sahəsində böyük uğurlar qazanılıb.

Əli Həsənov məqaləsinin sonunda yazır: "Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident

İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video