14 Oktyabr 2018 00:31
686
Təhsil
A- A+

Seçenov Universitetinin rektoru: “Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir”


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko AZƏRTAC-a müsahibəsində deyib: "Biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ünvanına göndərdiyi təbriklərə görə çox təşəkkür edirik. Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir”.

P.Qlıboçko qeyd edib ki, üç il bundan əvvəl Bakıda bu universitetin filialı açılıb. O vurğulayıb: "Hesab edirəm ki, bu, çox səmərəli layihədir. Bu gün Bakı filialında 500 tələbə təhsil alır. Tələbələr Bakıya məmnuniyyətlə gedən rusiyalı müəllimlərlə fərdi proqramlar üzrə məşğul olurlar. Filialda hazırlığın səviyyəsi və keyfiyyəti kifayət qədər yüksəkdir. Bu göstəricilər hələ universitetin filialına qəbul mərhələsində yüksək olur və sonradan tələbələr yaxşı bilik əldə edirlər. Bundan əlavə, bizim sınaqdan keçirdiyimiz bir təcrübə var: Bakıdan olan ən yaxşı tələbələrimiz Moskvanın və xarici ölkələrin klinikalarında təcrübə keçirlər. Gələcəkdə filialın genişləndirilməsi məsələsini ölkə rəhbərliyi ilə müzakirə edəcəyik. Biz artıq Mehriban xanım Əliyeva ilə görüşmüşük, klinik bazalar məsələsini müzakirə etmişik. Ona görə ki, tələbələr xəstələrlə görüşməli, onların müalicəsində iştirak etməlidirlər. Klinik praktika hər bir tələbə üçün çox vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video