13 Oktyabr 2018 17:34
773
Təhsil
A- A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTD) professor-müəllim heyətini, tələbələrini və məzunlarını bu ali məktəbin 260 illik yubileyi münasibətilə təbrik edib.

AZƏRTACxəbər verir ki, universitetin rektoru Pyotr Qlıboçkoya təbrik məktubunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən yubiley gecəsində təqdim edib.

Məktubda deyilir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti özünün "Bərabərlər arasında birinci!” devizini tamamilə doğruldur. Nadir akademizm və novatorluq, yaradıcı axtarış və məsuliyyət atmosferi Seçenov Universitetinin çox böyük elmi, mədəni və mənəvi mərkəzə çevrilməsinə imkan verib. Universitetin professorları və müəllimləri həmişə öz yüksək erudisiyası, ziyalılığı və ən başlıcası, öz humanist peşəsinə sevgisi və sədaqəti ilə fərqləniblər. Birinci Tibb Universitetinin nüfuzu və şöhrəti Rusiyanın sərhədlərini çoxdan aşıb. Axı həqiqi elm mahiyyət etibarilə beynəlmiləldir, onun inkişafı beynəlxalq elmi-təhsil əməkdaşlığından ayrılmazdır.

Azərbaycanın Birinci vitse-prezidenti öz məktubunda Seçenov Universitetinin beynəlxalq əlaqələrinin geniş coğrafiyaya malik olmasını qeyd edir. MDTU-nun Bakıda açılmış filialı özünün təhsil, müalicə və elmi fəaliyyətini uğurla həyata keçirir. Bu, Azərbaycan ilə Rusiyanın dostluq münasibətlərinə daha bir parlaq sübutdur. Təbrik məktubunda vurğulanır: "Ölkələrimiz elmi və humanitar əməkdaşlığı, vahid təhsil və mədəni məkanı qoruyub saxlayıb və möhkəmləndiriblər. İki əsrdən artıq fəaliyyəti dövründə Seçenov Universiteti böyük yol keçib, adlı-sanlı həkimlərin, alimlərin və maarifçilərin gözəl nəslini yetişdirib. Seçenov Universiteti insanların həyatının və sağlamlığının qorunub saxlanması naminə humanizm və şəfqət ideallarına əsaslanan nəcib missiyasını davam etdirir. Birinci MDTU təkcə Rusiya üçün deyil, həm də bir sıra başqa ölkələr üçün tibbi kadrlar hazırlanan iri mərkəzdir. Siz Seçenov Universitetinin ən yaxşı ənənələrini, tədrisin və həkim sənətinin ən yüksək standartlarını qoruyub saxlayırsınız. Bu gün sizin məzunlar dünyanın bir çox guşələrində elmi araşdırmalar aparır, insanlara sağlamlıq və həyat sevincini qaytarırlar. Seçenov adına Tibb Universitetinin yubileyi təkcə Rusiya üçün deyil, bütün dünyanın tibbi və elmi ictimaiyyəti üçün və əlbəttə, şəxsi bioqrafiyası Seçenov Universiteti ilə bağlı olan hər kəs üçün parlaq, mühüm hadisədir. Mən bu nüfuzlu universitetin məzunu olduğuma görə qürur duyuram və aldığım biliklərə, dəyərli şəfqət və xeyirxahlıq məktəbinə görə öz müəllimlərimə təşəkkür edirəm”.

Birinci vitse-prezident Seçenov Universitetinin müəllimlərini və tələbələrini bu əlamətdar tarix münasibətilə təbrik edib, Birinci MDTU-nun həmişə belə yüksək nüfuz və hörmət sahibi, yeni ideyalar üçün açıq, xeyirxah və nurlu məkan kimi qalmasını arzu edib.

Birinci MDTU-nun rektoru Pyotr Qlıboçko təbrik üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Rektor deyib: "Bizim üçün çox xoşdur ki, Azərbaycanın Birinci vitse-prezidenti, universitetimizin fəxri professoru Mehriban Əliyeva bizim universiteti bitirib. Mehriban Əliyevanın sayəsində Azərbaycanda bizim filialımız işləyir. Bu gün Bakı filialında 500 nəfər təhsil alır. Bizim universitet öz məzunları ilə həmişə fəxr edir”.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (Birinci MDTU) 260 illik yubileyini qeyd edir. İ.M.Seçenov adına Birinci MDTU-nun sələfi 1755-ci ildə açılmış Moskva İmperator Universitetinin tibb fakültəsi olub. 1917-1930-cu illərdə tibb fakültəsi Moskva Dövlət Universitetinin (MDU) tərkibində olub. 1930-cu ildə bu fakültə MDU-dan ayrılıb və Birinci Moskva Tibb İnstitutuna çevrilib. 1955-ci ildə instituta İ.M.Seçenovun adı verilib, 2010-cu ildən isə həmin institut Birinci Moskva Dövlət Tibb Universiteti kimi fəaliyyət göstərir.

Nikolay Piroqov, Anton Çexov, İvan Seçenov, Leo Bokeriya və başqaları bu ali məktəbin məzunları olublar.

Birinci MDTU-nun yeganə filialı 2015-ci ildə Bakıda açılıb. Filialda təhsil Seçenov Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir, məşğələlər rus dilində aparılır. Filialın məzunlarına Birinci MDTU-nun diplomu verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video