13 Oktyabr 2018 17:27
647
İDMAN
A- A+

FIA gələn il keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini təsdiqləyib

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək Formula 1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.

AZƏRTAC FIA-ya istinadla xəbər verir ki, rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.

Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın sonuncu mərhələsi dekabrın 1-də Abu-Dabidəki "Yas-Marina” avtodromunda aş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.

Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam edəcək.

Formula 1 üzrə dünya çempionatının 2019-cu il mövsümünün tam təqvimi:

15-17 mart – Qran-Pri Avstraliya

29-31 mart – Qran-Pri Bəhreyn

12-14 aprel – Qran-Pri Çin

26-28 aprel – Qran-Pri Azərbaycan

10-12 may – Qran-Pri İspaniya

24-26 may – Qran-Pri Monako

7-9 iyun – Qran-Pri Kanada

21-23 iyun – Qran-Pri Fransa

28-30 iyun – Qran-Pri Avstriya

12-14 iyul – Qran-Pri Böyük Britaniya

26-28 iyul – Qran-Pri Almaniya

2-4 avqust – Qran-Pri Macarıstan

30 avqust - 1 sentyabr – Qran-Pri Belçika

6-8 sentyabr – Qran-Pri İtaliya

20-22 sentyabr – Qran-Pri Sinqapur

27-29 sentyabr – Qran-Pri Rusiya

11-13 oktyabr – Qran-Pri Yaponiya

25-27 oktyabr – Qran-Pri Meksika

1-3 noyabr – Qran-Pri ABŞ

15-17 noyabr – Qran-Pri Braziliya

29 noyabr - 1 dekabr – Qran-Pri Əbu-Dabi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video