12 Oktyabr 2018 18:30
192
SİYASƏT
A- A+

Milli Məclisin deputatı avropalı parlamentariləri azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsini eşitməyə çağırıb


2018-ci il Azərbaycan tarixi üçün böyük önəm daşıyır. Cari il respublikamızın 100 illiyi ilə yaddaşlara həkk olundu və bu, dünyanın bütün ölkələrində qeyd edildi. Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qurulan Cümhuriyyətin, Şərqdə yaradılan ilk parlamentin 100 illiyini qeyd etdik. Yüz il əvvəl qadınlarına seçmək və seçilmək hüququ verilməsi Azərbaycan xalqının demokratik dəyələrə nə qədər böyük önəm verdiyinin göstəricisidir. Halbuki dünyanın əksər ölkələrində qadınlara bu hüquq çox gec verilib. Bütün bu uğurlarına baxmayaraq Azərbaycan xalqı böyük acılardan və əziyyətlərdən də keçib. Azərbaycanın qədim bölgəsi olan İrəvanın zorla ondan alınaraq Ermənistana verilməsinin də bu il 100 ili tamam olur.

Bu fikirləri AŞPA-nın payız sessiyasında azad debatlar zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva səsləndirib.

Deputat bildirib ki, XIX əsrdə və XX yüzilliyin əvvəllərində ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi prosesini çar hökumətinin mötəbər arxivləri əsasında öyrənmiş rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Qafqazda Rusiya işinə yeni təhlükə” adlı kitabında aydın göstərib ki, XX yüzilliyin əvvəllərində Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu buranın yerli əhalisi deyil, Qafqaza ruslar tərəfindən köçürülüblər. 1931-ci ildə Moskvada nəşr edilmiş Zaqafqaziya xəritəsində Ermənistan ərazisindəki coğrafi adların 78,1 faizi Azərbaycan, yalnız 3,45 faizi erməni mənşəlidir. Amma Ermənistan rəsmiləri uzun illər etnik təmizləmə siyasəti apararaq azərbaycanlıları öz tarixi torpaqlarından zorla qovmaqla bərabər, azərbaycanlılara məxsus tarixi-mədəni abidələri də məhv edib, yer adlarını dəyişdiriblər. Bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evlərindən qovulmasının, deportasiyasının 70-ci ilinin tamam olmasını da unutmamalıyıq. Bu dəhşətli faciəni yaşayan azərbaycanlılar bir daha öz evlərinə dönə bilmədilər. Ermənistan rəhbərliyinin törətdiyi bu dəhşətli cinayətlərə beynəlxalq ictimaiyyətin ciddi təzyiqlərinin olmaması yeni cinayətlərin əsasını qoydu.

1988-ci ildə Ermənistan azərbaycanlılara qarşı yenidən dəhşətli etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları doğma evlərindən didərgin salıb. Bütün dünyanın gözləri qarşısında baş verən bu dəhşətli cinayətin bu il 30 ili tamam olur. Ermənistandan Azərbaycana pənah gətirən azərbaycanlı ailələrin göz yasları, acıları heç vaxt unudulmayacaq. Onların bir çoxu öz evlərinə dönə bilməmək acısı ilə dünyadan köçdülər. Bu günə qədər də yüz minlərlə azərbaycanlı qaçqının öz evlərinə dönə bilməmək haqqı Ermənistan tərəfindən pozulur.

Azərbaycanlı deputat Assambleyanı belə məsələləri gündəmdə saxlamağa və o insanların səslərini eşitməyə çağırıb. O, avropalı deputatları doğma yurdundan didərgin salınmış insanların pozulan haqlarının müdafiəsinə dəstək olmağa çağırıb. Qeyd edib ki, Ermənistan sadəcə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları tarixi ata-baba yurdlarından qovmaqla kifayətlənməyib. Azərbaycanlılara məxsus bütün tarixi-mədəni abidələr, qəbiristanlıqlar dağıdılıb. Dünyada məşhur olan, kataloqlarda və elmi əsərlərdə Azərbaycan abidələri kimi təqdim olunan nadir sənət nümunələri tamamilə məhv edilib. Tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilibsə də, bəzilərinin hələ də qalma ehtimalı var. Qalanları xilas etmək indiki anda son dərəcə vacibdir. Bunun üçün isə mütləq bütün Ermənistan ərazisində həmin abidələrin hazırkı vəziyyətini diqqətlə araşdırmaqdan ötrü mötəbər bir monitorinqin keçirilməsi zəruridir. Azərbaycan bununla bağlı bütün məlumatları, fotoları təqdim etməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video