Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:33 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qeyri-neft məhsullarının ixracı 13,5 faiz artmışdır
Qeyri-neft məhsullarının ixracı 13,5 faiz artmışdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 12.10.2018


Bu ilin 8 ayında Azərbaycan dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 102 ölkəyə məhsul ixrac, 166 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 20 milyard 275,7 milyon, o cümlədən ixracın dəyəri 13 milyard 412,2 milyon, idxalın dəyəri 6 milyard 863,5 milyon dollar təşkil etmiş və nəticədə 6 milyard 548,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Keçən ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,8, o cümlədən ixrac 37,7, idxal 29,5 faiz artmışdır. Real ifadədə dövriyyə 0,2, o cümlədən ixrac 1 faiz artmış, idxal 1,2 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 27,7 faizini İtaliyaya, 8,4 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,8 faizini Almaniyaya, 4,6 faizini Hindistana, 4,3 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini Çexiyaya, 3,6 faizini İndoneziyaya, 3,3 faizini Kanadaya, 3,2 faizini Rusiyaya, 3,1 faizini Portuqaliyaya, 3 faizini Fransaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini İspaniyaya, qalan 18,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 10,5 faizi Çin, 6,3 faizi Almaniya, 5,2 faizi ABŞ, 4 faizi Ukrayna, 3,2 faizi İtaliya, 2,8 faizi Yaponiya, 2,6 faizi İran, 2,4 faizi Cənubi Afrika Respublikası, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi İsveçrə, 28,4 faizi digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Məlumatda həmçinin bildirilir ki, hesabat dövründə Azərbaycan 1 milyard 93,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac etmişdir ki, bu da ötən ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 13,5, real ifadədə 4 faiz çoxdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM