Alternative content

15:41 17 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb
Astanada dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:15 11.10.2018

Astanada "Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda keçirilən dünya və ənənəvi dini liderlərin VI qurultayı başa çatıb.

AZƏRTAC xəbər verir ki, qurultay çərçivəsində keçirilən plenar iclaslarda "Manifest” Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, "Din və qloballaşma: çağırışlar və cavablar”, "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” mövzularında müzakirələr aparılıb.

Dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, ictimai xadimlərin, elm adamlarının iştirak etdikləri qurultayda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Əvvəlcə müxtəlif dinlərin nümayəndələri Astanada "Sülh divarı” yanında birgə dua ediblər.

İclaslarda, həmçinin geosiyasətdə dini amil, din və siyasət: qarşılıqlı və davamlı əməkdaşlıq, dəyişən geosiyasətdə müasir dini liderlərin rolu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qurultayda Dini Liderlərin Konfessiyalar və Sivilizasiyalar Dialoquna dair Nazarbayev Mərkəzinin yaradılması qərara alınıb. Mərkəzin yaradılmasında məqsəd dini liderlərin əməkdaşlığını daha da fəallaşdırmaqdır.

Sonda dünya və ənənəvi dini liderlərin VI qurultayının qətnaməsi qəbul edilib.