11 Oktyabr 2018 17:32
297
DÜNYA
A- A+

Çində müsəlmanlar üçün “tərbiyələnmə mərkəzləri” qanuniləşdirildi


Çin Xalq Respublikasının Sintzyan-Uyğur muxtar rayonunda uyğur müsəlmanları üçün "tərbiyələndirmə müəssisələri” qanuniləşdirilmişdir. Bu barədə "BBC News” agentliyi xəbər verir.

Qanunvericiliyə görə, mərkəzlərin işi "transformasiya yolu ilə ekstremizmlə mübarizəyə” yönəldiləcək. Mərkəzdə həmçinin "davranışın korreksiyası” və ideoloji təhsillə məşğul olacaqlar. Müsəlmanlarla həm də psixoloqlar işləyəcəklər. Bundan əlavə, müəssisələrdə Çin dili, qanunvericiliyin ümumi müddəaları tədris olunacaq və ixtisaslar öyrədiləcək.

Bildirilir ki, "ekstremizmin” əlamətləri qeyri-adi ad, saqqal saxlamaq, qidaya aid olmayan əşyalar barədə "halal” termini işlətmək, dövlət televiziyasından, yaxud uşaqlar üçün dövlət təhsilindən imtina hesab olunur.

Cari ilin avqust ayında BMT ekspertləri məlumat vermişdilər ki, Sintzyan-Uyğur muxtar rayonundakı "tərbiyələndirmə düşərgələrində” bir milyonadək etnik uyğur saxlanıla bilər.

ÇXR ərazisində yaşayan və islam dininə sitayiş edən uyğurlar türk xalqıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video