10 Oktyabr 2018 16:56
335
DÜNYA
A- A+

Çində varlı adamların sayı kəskin şəkildə azalıb


Bu il son 20 ildə ilk dəfə Çində azı 2 milyard yuan (290 milyon dollar) varidatı olan zəngin adamların sayı sürətlə azalmışdır. Bu, Hurun Tədqiqat İnstitutunun dərc etdiyi siyahıdan məlum olur.
"Alibaba Group” şirkətinin təsisçisi Cek Ma 39 milyard dollar varidatla ÇXR-ın ən zəngin adamıdır. Bu il siyahıda 1893 nəfər yer almışdır. Bu, ötənilki göstərici ilə müqayisədə 11 faiz azdır. 2017-ci ildə ölkədəki milyarderlərin sayı 2130 nəfər idi. Siyahıda azalma 2012-ci ildən bəri ilk dəfə qeydə alınmışdır. Bu hal iqtisadi artımın azalması və ABŞ-la ticarət müharibəsi fonunda Çinin fond birjalarında baş vermiş proseslərlə əlaqəlidir. Nəticədə 456 nəfər siyahıdakı yerini itirmişdir. Bu, son 20 ildə ən böyük azalmadır.
Cari ildə siyahıda 1980-ci ildən sonra anadan olmuş 132 nəfər, habelə 1985-ci ildən sonra dünyaya gəlmiş 56 nəfər yer almışdır. Bundan əlavə, Çinin ən zəngin adamları siyahısına 1990-cı ildən sonra anadan olmuş 10 gənc sahibkar da daxil ola bilmişdir. Ümumi sayın 28,7 faizini qadınlar təşkil edir. Bu göstərici də son 20 ilin rekordudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video