24 Sentyabr 2018 20:59
502
DÜNYA
A- A+

Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb


Sentyabrın 23-də Ermənistanda Yerevan meri postuna keçirilən seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, seçki məntəqələrində səsvermənin gedişini izləyən jurnalistlər əngəllərlə üzləşiblər. Ermənistanın "Panarmenian” portalının yazdığına görə, mer seçkisi inqilabdan sonra ilk dəfə keçirilməsinə baxmayaraq, pis göstəricilərlə səciyyələnib. 34,2 faiz seçici fəallığı qeydə alınıb. Bu isə Ermənistan tarixindəki ən aşağı səviyyədir. Üstəlik seçki prosesində xeyli qanun pozuntusu və insident qeydə alınıb. İlkin məlumata əsasən, bununla bağlı Mərkəzi Seçki Komissiyasına və polisə 113 fakt daxil olub. Bir seçici baş nazirin dəstəklədiyi namizədin xeyrinə təkrar səs verib.

Bundan başqa, Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım” hərəkatının müşahidəçilərinin aqressiv davranışları medianın diqqətindən yayınmayıb. Bu barədə seçkidən sonra keçirilən mətbuat konfransında da məlumat verilib. Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun tənqidi fikirləri Paşinyan tərəfdarlarını qəzəbləndirib. Hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər canlı yayımda hücuma məruz qalıblar. Mer seçkisində əsas rəqabət "Sarukyan” fraksiyasının deputatı, "Çiçəklənən Ermənistan” partiyasının namizədi Naira Zöhrabyan ilə "Mənim Addımım” blokunun namizədi Hayk Marutyunyan arasında olub.
Erməni mətbuatının verdiyi məlumata görə, siyasi təcrübə baxımından Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksək olsa da o, məğlub olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video