03 Aprel 2019 21:44
1496
Səhiyyə
A- A+

Zəncəfil miqrenə qarşı təbii vasitədir


Zəncəfil ürək bulanması kimi müxtəlif miqren simptomlarının qarşısını almağa malik olan iltihabəleyhinə təsirli vasitədir. Zəncəfilin tərkibindəki komponentlər iltihab əmələ gətirən prostaqlandinlər sintezini yox edir, bu isə başağrılarının azalmasına şərait yaradır.

Zəncəfil, həmçinin həzmi stimullaşdırır və miqren tutmaları olan insanlarda tez-tez müşahidə edilən öyümələri aradan qaldırır. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olub ki, hər gün quru halda 500-600 milliqramadək zəncəfilin qəbulu başağrılarının müxtəlif əlamətlərini müalicə etməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, "Journal of Phytotherapy Research” jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, zəncəfil miqren zamanı ağrıları azaldır. Ekspertlərin məsləhət verdikləri miqdarda zəncəfili qəbul etmək təhlükəsizdir və o, bir çox miqren xəstələrinə gözlədikləri rahatlığı gətirir.

Zəncəfildən istifadə hamilələrə və qan laxtalanması pozuntusundan, həmçinin öd kisəsində daşdan əziyyət çəkən insanlara məsləhət görülmür. Hər hansı halda zəncəfilin köməyi ilə müalicəni həkimlə məsləhətləşmək daha düzgündür.

Bir kiçik hissə zəncəfil götürüb, qabığını təmizləyərək yuyun. Sonra kiçik dilimlərə bölün, bir neçə dəqiqəlik qaynar suya qoyun. Daha sonra alınan məhlulu tənzifdən süzərək için. Zövqə görə bal da əlavə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video