04:47 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib
ANA SƏHİFƏ / DÜNYA
11:17 26.01.2021

 

Yeni araşdırmaya əsasən, planetdə buzların əriməsi sürətlə artır. Tədqiqatların nəticələri göstərir ki, 1994-cü ildən 2017-ci ilədək Yer kürəsi 28 trilyon ton buz itirib. Bu, Böyük Britaniya ərazisini əhatə edə biləcək 100 metrlik qalınlıqda buz təbəqəsinə ekvivalentdir.

Buz itkisinə dair yeni məlumatlar bu gün, yanvarın 25-də peyk məlumatları vasitəsilə qlobal buz itkisini araşdıran tədqiqat qrupu tərəfindən dərc olunub. Lids Universitetinin (University of Leeds) rəhbərlik etdiyi komanda Yer kürəsində son otuz ildə buzun ərimə sürətinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.

AZƏRTAC bu barədə Haytek Saytına istinadla xəbər verir.

Buzların əriməsi dəniz səviyyəsinin bütün dünyada qalxmasına səbəb olur, sahil icmalarında daşqın riskini və vəhşi təbiətdən asılı olan təbii yaşayış məskənlərinin məhv olma təhlükəsini artırır.

Edinburq Universitetinin, London Universiteti Kollecinin və Earthwave layihəsinin mütəxəssislərindən ibarət tədqiqat qrupunun gəldiyi belə nəticələr Avropa İttifaqının torpaq elmlərindən bəhs edən “The Cryosphere” jurnalında dərc edilib.

Britaniya Ətraf Mühit Araşdırmaları Şurası tərəfindən maliyyələşdirilən tədqiqata görə, buzların ərimə sürəti 23 il ərzində ümumilikdə 65 faiz artıb. Buna əsasən Antarktida və Qrenlandiyanın qütb buz təbəqələrindəki kəskin azalma səbəb olub.

“Dəniz səviyyəsinin belə böyük miqyasda qalxması sahilyanı icmalara bu əsrdə çox ciddi təsir göstərəcək”, - deyə Qütb Müşahidələri və Modelləşdirmə Mərkəzinin elmi işçisi, tədqiqatın aparıcı müəllifi doktor Tomas Sleyter bəyan edib.

Buzların azalmasına atmosferin və okeanların istiləşməsi səbəb olub.

Tədqiqat, Qrenlandiya və Antarktidanın qütb buz təbəqələri, Antarktida ətrafında üzən buz şelfləri və Arktik və Şimal Buzlu və Cənubi Okeanlardakı üzən buzlar da daxil olmaqla planetin ətrafına səpələnmiş 215 min dağ buzlaqlarıını əhatə edir. Buz itkilərinin yarıdan bir qədər çoxu (58 faizi) Şimal yarımkürəsinin, qalan hissəsi (42 faiz) isə cənub yarımkürəsinin payına düşür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM