26 Yanvar 2021 14:36
726
CƏMİYYƏT
A- A+

Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək

 

Yaxın günlərdə Azərbaycana yeni mina təmizləmə maşınları gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları İdarəsinin rəis müavini Ceyhun Cəfərov deyib.

O bildirib ki, azad olunmuş ərazilərdə 135,5 kilometrdən artıq yolun bərpası işləri aparılıb, 80 kilometrdən çox yeni yollar çəkilib. Bu yolların çəkilməsi, ərazilərin təmizlənməsi zamanı 1453 ədəd tank əleyhinə, 5420 ədəd piyada əleyhinə, 17 min 500-dən çox müxtəlif çaplı hərbi sursat zərərsizləşdirilib.

C.Cəfərov qeyd edib ki, Müzəffər Ali Baş Komandanın əmrinə əsasən işlərin sürətləndirilməsi, görülən işlərin effektivliyinin artırılması məqsədilə müasir mina təmizləmə maşınları alınıb və yaxın günlərdə Azərbaycana gətirilməsi gözlənilir. Bundan əlavə, mina təmizləmə cihazlarının bir hissəsi alınaraq, bölmələrimizin istifadəsinə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video