22 Yanvar 2021 23:02
965
İDMAN
A- A+

Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara dair bəyanat yayıb

 

Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının guya ləğv edilməsinin qərarlaşdırılması ilə bağlı məlumatlarla əlaqədar bəyanat yayıb.

Səfirlikdən AZƏRTAC-a daxil olan bəyanatda qeyd edilib ki, Yaponiya hökumətinin “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasını qərarlaşdırması haqqında yayılan məlumatlar doğru deyil. Ötən ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında bu il iyulun 23-də keçiriləcək açılış mərasimindən başlayaraq, Oyunların cədvəli və məkanların siyahısı qərarlaşdırılıb. Hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu şəkildə baş tutması üçün birgə çalışaraq hazırlıqlar görməkdədirlər.

“Yaponiya Hökuməti olaraq, yeni növ koronavirusa (COVID-19) qarşı bütün lazımi tədbirləri həyata keçirərək, Beynəlxalq Olimpiya Komitəsi, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi və Tokio meriyası ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam edəcəyik”, - deyə bəyanatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video