27 Fevral 2021 04:06
885
Təhsil
A- A+

Xocalı müsibəti yaddaşlardan silinməyəcək

 

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan xalqının XX əsrdə yaşadığı ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla başladı.

Kollecin direktoru, dosent Ruslan Həmidov çıxış edərək bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir. O, 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirdi. Qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirdi. Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar kollecdə təşkil edilmiş fotosərgi və rəsm müsabiqəsinin keçirildiyi qeyd olundu. Rəsm müsabiqəsinə “Təsviri incəsənət müəllimliyi” ixtisasının II kurs tələbələrinin faciənin dəhşətlərini əks etdirən 10-dan çox rəsm əsəri daxil olmuşdur. Onların içərisində 2 iş fərqləndirilmişdir. Direktor 26 fevral-Xocalı faciəsinin ildönümündə kollecin bütün korpuslarında ilk dərslərin Xocalı soyqırımına həsr ediləcəyini vurğuladı.

Kollecin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Qətilə Şükürova bildirdi ki, uzun illərdir xalqımız erməni vəhşiliklərindən əziyyət çəkir. Görünür, belə vəhşiliklər ermənilərin genetik xüsusiyyətlərindəndir və onlar belə hərəkətlərdsən zövq alırlar. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. Bu təşkilata daxil olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir. Xocalı faciəsi hər il dünyanın bir çox ölkələrində geniş şəkildə anılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir.

Kollecin “Kitabxana informasiya təminatı” ixtisasının I kurs tələbələri Ləman Quliyeva və Aytac Əliyeva Xocalı şəhidləri haqqında hazırladıqları “O qanlı gecənin Ana fəryadı” adlı şeir söylədilər. Onlayn anım tədbiri Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başa çatdı.

 

Cəmil QULİYEV,

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimi, texnika üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video