27 Fevral 2021 03:04
726
CƏMİYYƏT
A- A+

Xocalı faciəsi heç vaxt unudulmamalıdır!

 

Fevralın 26-sı. Bu gün Azərbaycanda Xocalı faciəsinin, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayətlərdən birinin qurbanları yad edilir.

Rusiya Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Xocalıda baş verən faciəli hadisələrə həsr olunan tədbir keçirilib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev tədbiri açaraq, 1992-ci il fevralın 26-na keçən gecə baş verən hadisələri xatırlatdı. O vaxt erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə qarşı ağlasığmaz qəddarlıqla divan tutublar. Bu təcavüz nəticəsində şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.

Rektor vurğulayıb ki, Xocalı soyqırımını törədən düşmən öz qarşısına Azərbaycan xalqını qorxutmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən əl çəkməyə məcbur etmək, torpaqlarımızı zəbt etmək məqsədi qoymuşdu. Lakin qorxulu faciə bizim xalqımızı daha da mətin etdi. Rektor deyib: “Bu faciə bizim xalqımızı sarsıtdı, lakin onun iradəsini qıra bilmədi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz işğal altında olan ərazilərimizi geri aldıq. Azərbaycan 44 gün ərzində öz torpaqlarının 30 illik işğalına son qoydu, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edərək parlaq qələbə qazandı”.

Rektor daha sonra qeyd edib ki, Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılmasında, onun soyqırımı kimi tanınmasında başlıca rol Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Fond bütün dünya üzrə beynəlxalq kampaniya - “Xocalıya ədalət!” kampaniyasını keçirir. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevadır. Onun sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq forumlarda və ölkə parlamentlərində tanınıb.

Tədbirin davamı olaraq, Seçenov Universitetinin Bakı filialının tələbələri tədbirin iştirakçılarına azərbaycanlı jurnalist, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunan, erməni cəlladları tərəfindən Xocalıda törədilən qanlı cinayətin üstünü açaraq dünya ictimaiyyətinə təqdim etməklə misilsiz fədakarlıq və şücaət göstərən Çingiz Mustafayevin çəkdiyi sənədli kadrları nümayiş etdiriblər.

Tədbirin sonunda tələbələr Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan şeirlər söyləyiblər.

Nəsillərin yaddaşı - Yer kürəsində belə fəlakətlərin bir daha təkrar olunmaması üçün ən yaxşı müdafiə vasitəsidir. Xocalı faciəsi heç vaxt unudulmamalıdır!

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video