Qarabağı cənnətə çevirməyə Azərbaycanın maliyyə resursları da, siyasi iradəsi də var
Kənd Təsərrüfatı Nazirliyinin layihəsi çərçivəsində heyvanların identifikasiyası həyata keçirilir
“AZAL” pandemiya səbəbindən ləğv edilən reyslərin aviabiletlərinin yenidən təxsis edilməsi şərtlərini açıqladı
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
XİLASKAR
Qələm dostum Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabını oxuyarkən...
Bu qədər həsrətmi yaşar ürəkdə,
bu qədər yanğımı olar, İlahi?!
Güllə yağışında,
qarda,
boranda,
meşəyə qaçdılar onlar, İlahi!
Lakin ermənicə kəkələyənlər,
yerin paklığını ləkələyənlər,
Tankların üstündə doldu şəhərə,
hələ
az qalırdı onda səhərə...
İnsanın əli
ndən insan qaçırdı,
görüb içindəki qəsd-qərəzini.
Qayalar insana qucaq açırdı,
gülləyə verirdi,
daş sinəsini...
Əlsiz-ayaqsız da geri qalmayıb,
Qaçma! -
bir-birinə deyib qaçırdı.
Ağdam - Qarabağın gözuydü, hayıf,
o gözü,
yollarda qoyub qaçırdı...
Sən onda səngərdə yuxusuzuydun,
səni qoruyurdu səni yaradan.
Düşmənin birini
hədəfə qoydun,
Ağdamın hayfını alırdın ondan.
Ölümlər, tufanlar sənə yad deyil,
gördün boz üzünü sən bu həyatın.
Otuz il gec keçdi,
zarafat deyil,
Ağdam azad oldu, gözümüz aydın!
Onda ki, göstərdi dəmir yumruğu,
Ali Baş Komandan qalxdı ayağa, -
silaha sarıldı hər vətən oğlu,
Əyilib and içdi
ana torpağa.
Onda ki, “Qarabağ - Azərbaycandır!”,
sən dedin, mən dedim, bir millət dedi,
Onda ki, biz gördük xalq qəhrəmandır,
nə dedi,
İlahi bir qüvvət dedi!
“Sənə qurban olum, a şəhid balam!”,
-yanıqlı sinəndən qopan səsiydi...
Şəhidin qanıyla,
qurtuldu Ağdam,
Qarabağ torpağı müqəddəsiydi...
“Sənə qurban olum, a türk qardaşım”,
-bu da Qarabağın şirin diliydi.
Qədim babaların bu qan yaddaşı,
millətin
tarixi dahiliyiydi...
Xilaskar - əynində əsgər paltarı,
alovlar içiydi keçdiyi o yol.
Allahım, hifz elə sən Xilaskarı, -
Ali Baş Komandan,
Sən yaşa,
var ol!
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi