06 Yanvar 2019 00:57
66303
Oxucu məktubları
A- A+

Xatirələrdə izi qalıb


Oğlum Adil Tatarov keçən ilin may ayının 20-də Naxçıvan Muxtar Respublikasında düşmən təxribatının qarşısını alarkən həlak olub. Ailəmizə ağır itki üz verdiyi həmin günlərdə qohum-əqrəba, tanış-biliş, rayon rəhbərliyi daim yanımızda olub, kədərimizə şərik çıxdılar.

Bir müddət sonra rayonda Adilin doğum günü geniş qeyd olundu. Xatirəsinə həsr olunmuş idmanın karate-do növü üzrə rayon birinciliyi keçirildi. Vaxtilə təhsil aldığı Qıraq Kəsəmən kənd orta məktəbinin idman zalında keçirilən yarışda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan ordu quruculuğundan danışdı. Oğlumun, eləcə də onun kimi yüzlərlə şəhidin qəlblərdə daim yaşayacağını söylədi.

Digər çıxış edənlər şəhid Adil Tatarovun idmanın karate-do növündə qazandığı uğurlardan söhbət açdılar. Turnirdə Ağstafa ilə yanaşı, Bakı, Gəncə şəhərlərinin, Göygöl, Şəmkir, Tovuz və Qazax rayonlarının idmançıları da mübarizə apardılar. Maraqlı keçən yarışda Gəncə idmançıları 1-ci, Ağstafa idmançıları 2-ci, Qazax idmançıları 3-cü yeri tutdular. Qaliblərə medallar və diplomlar təqdim olundu.

Hörmətli redaksiya!

Dediyim odur ki, bizim ailə də digər şəhid ailələri kimi, dövlət tərəfindən hər cür diqqət və qayğıyla əhatə olunmuşdur. Belə qayğıya görə ölkə rəhbərinə, oğlumun xatirəsini əziz tutanlara ailəmiz adından minnətdarlığımı bildirirəm.

Əli TATAROV,

Ağstafa

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video