26 Fevral 2021 00:43
922
Səhiyyə
A- A+

Vaksinasiya edilənlərin sayının artması koronavirus infeksiyasının yayılmasının qarşısını alacaq

 

Dünyada koronavirusa yoluxma davam edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19-a yoluxanların sayı 113 milyonu ötüb.  Virusdan 2 508 913 xəstə vəfat edib, 88 713 439 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlərdən birincisi yenə də ABŞ-dır (28 974 623 nəfər). Sonrakı yerləri Hindistan (11 046 914 nəfər), Braziliya (10 326 008), Rusiya (4 200 902 nəfər) və Böyük Britaniya (4 144 577 nəfər) tutur. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm Rusiyadan sonra İranda (59 736 nəfər) və Türkiyədə (28 285 nəfər) qeydə alınıb.

Ölkəmizdə koronavirusa yoluxan 233 644 nəfərin 3 206-sı dünyasını dəyişib, 228 157-si sağalıb. Təcrübə göstərir ki, son günlər ölkəmizdə yeni növ koronavirusa qarşı kompleks tədbirlər görülməsi sayəsində müşahidə olunan müsbət tendensiyanın davamlılığı, yoluxma və ölüm hallarının azalması üçün ehtiyatı əldən vermək olmaz.

Vətəndaşların məsuliyyətli olmaları bu təhlükəli virusun yenidən artmamasında əhəmiyyətli rol oynayır. COVID-19-a qalib gəlmək üçün hər kəs özünə və ətrafındakı insanlara qarşı diqqətli olmalı, maska taxmalı, sosial məsafəni gözləməli və gigiyena qaydalarına riayət etməlidir.

Hələ də can almaqda davam etsə də təhlükəli koronavirusun sonunun yaxınlaşması barədə ümidverici proqnozlar da söylənilir. Ancaq yalnız proqnozlar və ehtimallarla da kifayətlənilmir. Dünyanın əksər ölkələrində vaksinasiya prosesi davamlı olaraq həyata keçirilir. Azərbaycanda da yanvarın 18-dən başlayaraq COVID-19-a qarşı vaksinasiya aparılır. Ölkə üzrə peyvəndlənmə prosesi “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mərhələli şəkildə davam edir. Strategiyaya uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Xatırladaq ki, 50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/  saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidirlər. Bu zaman qeydiyyatçı həmin şəxslər üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Səhiyyə Nazirliyinin açıqladığı son məlumatda bildirilib ki, bütün dünyaya yayılmış COVID-19 xəstəliyinə qalib gəlmək üçün qısa zamanda kollektiv immunitet qazanılmalıdır. Bu səbəbdən də vaksinasiya edilənlərin sayının artması ölkədə yayılan COVID-19 infeksiyasının qarşısını alacaq.

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza,  35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Vaksinasiya mərhələsində COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək zəruridir. Mütəxəssislər onu da nəzərə çatdırırlar ki, vaksinasiya prosesi uğurla davam edir, indiyədək peyvənd olunanlarda ağırlaşma halları qeydə alınmayıb.

Azərbaycanda Çinin Sinovac şirkətinin istehsalı olan “Coronovac” peyvəndindən istifadə olunur.  Mütəxəssislər bu vaksinin təhlükəsiz olduğu, fəsadlar yaratmadığını vurğulayırlar. Buna baxmayaraq, bütün dünyada koronavirusdan birdəfəlik xilas olmaq üçün elm adamları araşdırmalarını davam etdirirlər.

Ötən ilin sonları Böyük Britaniya, Cənubi Afrika və Braziliyada koronavirusun yeni növləri aşkarlanmışdı. Alimlər bunlardan bəzilərinin əsas növdən daha yoluxucu olduğunu açıqlamışdılar.

ABŞ-ın “Moderna” şirkəti koronavirusun Cənubi Afrika növünə qarşı yenilənmiş vaksin versiyasını inkişaf etdirdiyini və klinik tədqiqatlar üçün ABŞ Milli Səhiyyə İnstitutuna göndərdiyini diqqətə çatdırıb.

Şirkətin rəsmi saytında məlumat verilib: “Moderna” ilk Cənubi Afrikada təsbit edilmiş “B.1.351” olaraq bilinən “SARS-CoV-2” növünə qarşı inkişaf etdirdiyi “mRNA-1273.351” spesifik peyvənd namizədinin istehsalını tamamlayıb və 1-ci mərhələ klinik sınaqlar üçün Milli Səhiyyə İnstitutuna göndərilib”.

Yenilənmiş vaksin artıq peyvənd olunmuş insanlar üçün gücləndirici rol oynamaqla yanaşı, koronavirusa yoluxmamış və peyvənd olunmamış şəxslərə də ilk peyvənd kimi vurula bilər. Yenilənmiş peyvəndin nə vaxt ümumi istifadəyə veriləcəyi barədə məlumat verilmir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video