23 Fevral 2021 10:10
886
Mədəniyyət
A- A+

UNESCO-da Ana Dili Günü münasibəti ilə virtual tədbir keçirilib

 

Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında Beynəlxalq Ana Dili Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Ana Dili Günü virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 28 ölkə iştirak edib. Əvvəlcə, Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID -19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıblar. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq UNESCO yanında daimi nümayəndəliyimiz tərəfindən hazırlanan tədbirdə XII əsrdə yaşayıb yaratmış Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək, onun əsərlərindən Azərbaycan və ingilis dillərində parça səsləndirilib. Daimi nümayəndəliyimizin diplomatı Nigar Qurbanova Azərbaycan dili, tarixi və dilimizin inkişafı haqqında məlumat verib. Bu gün dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını bildirib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu diqqətə çatdırıb. Nizami Gəncəvinin əsərindən bir parçanı Azərbaycan və ingilis dillərində səsləndirib.

Bildirilib ki, ana dili hər bir xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Ana dili sayəsində tarix, ədəbiyyat, mədəni irs nəsildən-nəsillərə ötürülərək yaşayır. Tariximiz yaddaşlara həkk olunur.

Sonra İsveçrənin “Lancy” orkestrinin müşayiəti ilə Marina Udkina Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan” romansını ifa edib, azərbaycanlı Mariya Xan-Xoyskaya isə rəqs edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video