22:27 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:39 02.03.2021

 

Martın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda videokonfrans keçirilib.

FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda nazirliyin, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti təşkilatların, o cümlədən beynəlxalq təşkilatların məsul vəzifəli şəxsləri iştirak ediblər.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov tədbirdə çıxış edərək bildirib ki, əhalinin və ərazilərin təhlükəsizliyinin etibarlı təminatı üçün nazirliyin qəza-xilasetmə qurumlarının peşəkarlıq səviyyəsi durmadan artırılır, onların zəruri xilasetmə texnika və avadanlıqları ilə təchizatı məsələsinə xüsusi diqqət yetirilir, irimiqyaslı fövqəladə hallar zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyətdə mülki müdafiə məsələlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Qeyd edilib ki, fövqəladə halların səmərəli idarə olunmasının təşkili, fövqəladə hallara dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı yardımların təmin edilməsi məqsədilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində FHN tərəfindən hər il respublikanın bütün ərazisində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlərdə əhaliyə mülki müdafiənin yaranma tarixi, məqsəd və vəzifələri, dövlətin mülki müdafiə sahəsində apardığı işlər, insanlara mülki müdafiə bilikləri, eləcə də fövqəladə hallar zamanı davranış qaydaları təbliğ olunur.

Sonra Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Səhiyyə Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının baş infeksionisti Təyyar Eyvazov, İqtisadiyyat Nazirliyinin Səfərbərlik hazırlığı sektorunun müdiri Anar Orucov, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşı Mirhəsən Həsənov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Videokonfransda FHN-in ictimaiyyətlə əlaqə idarəsinin hazırladığı və Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsində fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM