26 Yanvar 2021 19:55
1175
DÜNYA
A- A+

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib

Türkiyədə paytaxt Ankara da olmaqla 13 vilayətdə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, məlumatı Ankara Prokurorluğu yayıb.

Bildirilir ki, əməliyyat nəticəsində FETÖ və PYD terror təşkilatları ilə əlaqəli fəaliyyət göstərməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

İzmirdə 35 ünvanda paralel keçirilən əməliyyat zamanı saxlanılanlar arasında keçmiş polis rəisi, axtarışda olan Metin Tuncer də olub. O, saxta şəxsiyyət vəsiqəsi təqdim edərkən yaxalanıb.

Digər bir məlumatda isə bildirilir ki, PKK/KCK terror təşkilatının gənclər qolu hesab edilən GYK-nin 14 üzvü həbs olunub.

Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, ölkənin şərq bölgələrində keçirilən “Eren-1 Tendürek”, “Eren-2 Lice” və “Eren-3 Ağrı Dağı" antiterror əməliyyatları uğurla davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video