14 Yanvar 2021 13:32
707
Təhsil
A- A+

Türkiyə məktəblilərindən Azərbaycan əsgərinə mənəvi dəstək

Türkiyəli müəllim və şagirdlər Azərbaycan əsgərlərinə məktub və hədiyyələr göndərməklə onlara mənəvi dəstəklərini ifadə ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin müəllifi 2 C sinif müəllimi Saadet Tığlı məktubunda Azərbaycan və Türkiyə qardaşlığını xüsusi vurğulayıb. Bildirib ki, Türkiyə xalqı olaraq hər zaman Azərbaycan Ordusunun yanındadırlar. Saadet Tığlı məktubunda Azərbaycanın qalib əsgərlərinin qəhrəmanlıqlarını yaxından izlədiklərini, onlarla fəxr etdiklərini qeyd edib.

Şagirdlərdən Asya Bahar Konaçoğlu, Eymen Efe Keskin, Meryem Qaradəniz, Buse Aşçı, Berat Dura, Zeynəb Kaya, Alpərən Çürtük, Mikail Duyku, Berk Artul və digərlərinin məktublarında “Biz bir millət, iki dövlətik!”, “Biz iki ordu, bir gücük!”, “Sizin kimi qəhrəman əsgəri böyüdən anaların əllərindən öpürük”, “Dualarımız həmişə sizinlədir” kimi sözlər qeyd edilib. Hər məktubda Azərbaycan və Türkiyənin dövlət bayraqlarının təsviri əsgərlərdə qürur hissi oyadıb. Uşaqların hazırladıqları videolar böyük maraqla izlənilib.

Hərbi qulluqçular məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video