24 Yanvar 2021 17:16
751
DÜNYA
A- A+

Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır  

 

Beş il aradan sonra Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci turu yanvarın 25-də İstanbulda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 11-də Yunanıstan tərəfini tədqiqatlarla bağlı danışıqlara dəvət edərək ölkəsinin dialoq, əməkdaşlıq və məsələnin həllinə tərəf olduğunu bir daha bildirmişdi. Türkiyənin müzakirələrə ev sahibliyi edəcəyini vurğulayan nazirin heyətlərin müzakirə tarixi ilə bağlı çağırışına qarşı tərəfdən qısa vaxt ərzində cavab gəlib.

İki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərdə tədqiqatlarla bağlı müzakirələri 61-ci turunun yanvarın 25-də İstanbulda keçirilməsinə dair razılıq əldə edilib.

Rəsmi Afina ilə Ankara arasında keçiriləcək danışıqların Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinə müsbət təsir göstərəcəyi gözlənilir. Belə ki, görüşlərin keçirilməsi ilə bağlı təşəbbüs Aİ ölkələri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, Egey dənizində aparılan araşdırmalarla bağlı hər iki tərəfin qəbul edə biləcəyi “Ədalətli, davamlı və əhatəli” həll yolu hazırlamaq istiqamətində aparılan danışıqlar 2002-ci il martın 12-də Ankarada başlayıb. Danışıqların 60-cı turu 5 il əvvəl - 2016-cı il martın 1-də Afinada keçirilib. Həmin tarixdən sonra o dövrün yunan hökuməti tərəfindən dayandırılan danışıqlar siyasi məsləhətləşmələr formatında davam etdirilsə də, tərəflər araşdırma mərhələsinə qayıtmayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video