05:49 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
00:36 26.02.2021

Bu dərdin adı Xocalı...


00:33 26.02.2021

Deyirəm nə ola...


00:32 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:31 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


00:29 26.02.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) rəhbəri Ənvər Türkoğludan
ANA SƏHİFƏ / MƏKTUBLAR
16:24 26.12.2020
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezidentim cənab İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Biz bu günlərdə həm də Qarabağdakı Zəfərimizin xoşbəxtliyini yaşayırıq. Çünki təxminən 30 il idi ki, hər gün bu Zəfərin xəyalı ilə yaşayırdıq. Amma bir gün mütləq öz torpaqlarımıza qovuşacağımıza əmin idik. Şükürlər olsun ki, Qarabağ bu gün öz sahiblərinə qovuşdu. Həmçinin 44 günlük savaş müddətində yenilməz iradə və qətiyyət nümayiş etdirməyiniz bizə qürur verdi. Bu, heç zaman unudulmayacaq. Bu Qələbə münasibətilə Zati-alinizi və müzəffər Azərbaycan Ordusunu təbrik edirəm. Şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, doğmalarına başsağlığı verirəm.

Cənab Prezidentim, Sizin liderliyinizlə və gələcəyə hədəflənən siyasətinizlə Azərbaycanın hər il daha da inkişaf edəcəyinə səmimi qəlbdən inanıram. Bununla bərabər, "Bir millət, iki dövlət” kəlamında təcəssüm tapan Türkiyə-Azərbaycan qardaşlığının və dostluğunun şəxsən Sizin və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən əminik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Hörmətlə,

 

Ənvər Türkoğlu

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) rəhbəri

Türkiyə, Ankara şəhəri


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM