Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında
Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib
Heydər Əliyev Sarayı və Bilkent Simfonik Orkestri birgə konsert proqramları hazırlayacaqlar
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Hörmətli redaksiya!
Sizə bir şəkil göndərirəm. 2018-ci il sentyabr ayının 15-də Astara rayonunun Pensər kəndindəki "Hacı Teymur” cümə məscidinin həyətində dəfn olunmuş türk şəhidi Yusif Camal bəyin məzarını ziyarət zamanı çəkilib. Yusif Camal bəy 1918-ci ildə Azərbaycan uğrunda döyüşlərdə həlak olan 1132 türk şəhidindən biridir. O, Astara-Lənkəran bölgəsində, xüsusən Pensər kəndi ərazisində türk zabitlərlə birlikdə, yerli əhalinin ermənilərə qarşı apardığı döyüşlərdə igidlik göstərmişdir. Həmin vaxt Pensər kəndinin ağsaqqalı Hacı Osman da Yusif Camal bəylə birlikdə olmuşdur. Hacı Osman da atasının adını daşıyan bu məscidin həyətində dəfn edilmişdir. Hər iki məzar yerli əhalinin ziyarətinə çevrilib. Rayon ictimaiyyəti nümayəndələri, yerli əhali müntəzəm olaraq bu məzarları ziyarət edir, onlara ehtiramlarını bildirirlər.
Bu məzarları gənc nəsil, o cümlədən məktəblilər də ziyarət edir, qəbirlərin üstünə gül dəstələri düzür, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirlər səsləndirirlər. Ən əsası odur ki, gənclər, yeniyetmələr ziyarət zamanı burada səslənən fikirlərdən də çox şey öyrənirlər. Bilirlər ki, Azərbaycan Ordusu və Qafqaz İslam Ordusu 1918-ci ildə həyata keçirdikləri uğurlu əməliyyatlarla o dövrdə ölkəmizin ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyimizin bünövrəsini qoymuşlar. Odur ki, bu yolda canlarından keçən türk döyüşçüləri də unudulmur, daim qürurla xatırlanır, ehtiramla yad edilir, xatirələri əziz tutulur.
Səfail MƏMMƏDOV,
Astara rayonu