09:35 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:55 02.03.2021

Paşinyan referenduma gedir


00:37 02.03.2021

BİLDİRİŞ


00:37 02.03.2021

BİLDİRİŞ


00:35 02.03.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayevdən
ANA SƏHİFƏ / MƏKTUBLAR
23:04 28.12.2020

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə "TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan təbriklərimi çatdırıram.

"TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Sizin Azərbaycanın iqtisadi və sosial tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması və əməkdaşlığının genişləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirir.

Hörmətli cənab Prezident, Azərbaycan Respublikası bu gün həyatın bütün sahələrində danılmaz nailiyyətlər qazanıb. Yola salmaqda olduğumuz ilin əhəmiyyətli və tarixi hadisələri Sizin çoxşaxəli fəaliyyətinizi və görkəmli dövlət xadimi kimi rolunuzu bir daha nümayiş etdirdi, dərin hörmət və ehtirama layiq olduğunuzu göstərdi.

Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyə doğru mütərəqqi addımlarla irəliləyəcəkdir.

Fürsətdən istifadə edərək ölkənizin "TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi kimi səmimi və xoş arzularımı çatdırıram.

Hörmətlə,


Asset Assavbayev

"TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM