Tovuzlu gənclər Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət nümunəsi göstərirlər
Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə ciddi diqqət yetirilir. Bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. Elə rayon icra hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının yardılması da bu məqsədə xidmət edir. Məşvərət Şurasının bu günlər keçirilən görüşündə rayon gənclərinin fədakarlığından söhbət açılmış, bu, ölkəmizdə aparılan gənclər siyasətinin uğurları kimi dəyərləndirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyevin iştirak etdikləri onlayn formatında keçirilən görüşdə qeyd edilmişdir ki, Azərbaycan dövlətçiliyinin mühüm tərkib hissələrindən biri də dövlət gənclər siyasətidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir. Bundan başqa, 2015-ci ildə “Azərbaycan Gənclərinin İnkişafı Strategiyası” qəbul olunmuşdur. Əsas məqsəd gənclərimizin potensialından ölkəmizin mənafeyi naminə istifadə etmək və fəal vətəndaşlıq mövqeyinə malik yeni nəsil formalaşdırmaqdır.
Daha sonra bildirilmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən cox böyük uğurla davam etdirilməsi Azərbaycan gəncliyinin inkişafına sanballı təkan vermişdir. Məhz cənab Prezidentin rəhbərliyi və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə həyata keçirilən davamlı tədbirlər, icra olunan layihələr gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.
Vurğulanmışdır ki, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçiliyimizə sədaqət hisslərinin aşılanması öncə 2020-ci ilin iyul ayında düşmənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaratdığı təxribatın qarşısının alınmasında, bundan sonra isə sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində özünü tam sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçən gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Azərbaycanın əldə etdiyi bu zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun adı ilə bağlıdır. Təbii ki, bu qələbədə Azərbaycan gəncliyinin xüsusi yeri və rolu vardır. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şanlı Azərbaycan Ordusunun sıralarında tovuzlu gənclər də döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirmişlər.
Görüşdə həmçinin qeyd edilmişdir ki, rayon icra hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri pandemiya dövründə də rayon gəncləri arasında maarifləndirici tədbirlər həyata keçirmişlər.
Sabir ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!