26 Fevral 2021 15:14
631
SİYASƏT
A- A+

Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər

 

Yaponiyada yaşayan soydaşlarımız Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo” stansiyasının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” restoranının qarşısında məlumatlandırma aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan digər həmvətənlərimiz iştirak ediblər. Aksiyada hazırda Yaponiyada yaşayan həmyerlimiz Aysu Yusifzadənin təşəbbüsü ilə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış tibbi maskalar və faciə barədə məlumatların əks olunduğu broşürlər Tokio sakinlərinə paylanıb, faciə barədə onlara ətraflı məlumat verilib. Tibbi maskaların üzərində ingilis və yapon dillərində “Xocalıya ədalət” sözləri yazılıb, erməni silahlıları tərəfindən 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş faciə barədə daha ətraflı məlumat əldə etmək üçün QR-kod yerləşdirilib.

Qeyd edək ki, aksiya zamanı istifadə olunan materiallar “Silk Way West Airlines” şirkəti tərəfindən Tokionun “Narita” aeroportuna təmənnasız çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video