23:28 10 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sumqayıtlı gənclər yenə öndədir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:41 02.03.2021

 

Sumqayıt Gənclər və İdman Baş İdarəsi şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatları ilə ötən il ərzində görülmüş işlər və  qarşıda duran vəzifələrə həsr edilən Zoom platformasında görüş keçirib.

Tədbirdə çıxış edən idarənin rəisi Elgün Hümbətov bildirib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr Sumqayıtda da uğurla həyata keçirilir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması istiqamətində görülən işlər davam etdirilib, “Könüllülər ili” çərçivəsində çoxsaylı  tədbirlər reallaşdırılıb.

Bildirilib ki,  COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində baş idarənin təşkilatçılığı ilə keçirilən maarifləndirmə işlərində könüllülər fəallıq nümayiş etdiriblər. Sərt karantin günlərində könüllülər ahıl insanlara yardım etmiş, onların qarşılaşdıqları problemləri həll etmişlər. Sumqayıtlı  gənclər könüllülük fəaliyyətinin ən parlaq nümunəsini 44 günlük şanlı Vətən müharibəsində göstərmişlər.  Müzəffər ordumuzun sıralarında yüzlərlə sumqayıtlı gənc könüllü olaraq işğalçılara qarşı döyüşlərdə iştirak etmişdir.

Görüşdə  Sumqayıt “Asan xidmət” Mərkəzinin könüllülər üzrə məsul şəxsi Fidan Pirverdiyeva, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin gənclər üzrə təlimatçısı Lalə Cəlilzadə, şəhər Gənclər Klubunun sədri Emil Məmmədov və Sumqayıt Könüllülər Cəmiyyəti Təşəbbüs qrupunun rəhbəri Aytac Əkbərova bütün sahələri əhatə edən uğurlardan söhbət açmışlar.

Sonda qarşıdakı dövrdə görüləcək işlərlə bağlı geniş müzakirə aparılmışdır.

 

Akif ƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM