26 Yanvar 2021 00:23
735
İQTİSADİYYAT
A- A+

Sumqayıtın daha bir ekoloji problemi həll olunur

 

Sumqayıtda son illər bir sıra ekoloji layihələr həyata keçirilir.

Bu layihələr çərçivəsində şəhərdə uzun illər sakinləri narahat edən ekoloji problemlər həll olunur. Belə problemlərdən biri də “Acı dərə” kanalı ilə bağlı idi.

Hazırda “Aci dərə” kanalı qapalı sistemə keçirilir. Şəhərin ərazisindən keçən  kanalın qapalı sistemə salınması üçün inşa edilən beton kanalizasiyanın bir hissəsi artıq hazırdır. Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımi sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qeyd edək ki, “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bəzi yağışlı günlərdə çirkli sular küçələrdən axır, gediş-gəliş çətinləşirdi. Belə vəziyyət həm də ərazidə yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə törədirdi. Yağış yağdıqda kanalın çirkli suyu həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olurdu. Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra sakinlərin bu probleminə son qoyulacaq.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video