08:53 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Su quyuları ilə tanınan Muğanlı kəndi

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:46 03.03.2021

 

Bölgələrimizdə az sayda olsa da, elə kəndlərimiz var ki, orada köhnə, dədə-baba üsulu ilə işləyən su quyuları bu günə kimi qorunub saxlanılır. Belə yaşayış məntəqələrimizdən biri də Ağstafanın Muğanlı kəndidir.

AZƏRTAC bildirir ki, Muğanlı kəndində bir çox həyətdə su quyularına rast gəlmək olur. Kənd sakinlərinin əksəriyyəti bu gün də dədə-baba üsulu ilə düzələn su quyusundan istifadə edirlər.

Bu quyuların suyu qışda ilıq, yayda sərin olur. Dərinliyi isə elə də çox deyil. Cəmi 5-6, hətta bəzi evlərin həyətindən 4 metrlikdən də su çıxır. “Bu quyunun suyu çox yaxşıdır. Kəndimizdə bir neçə belə quyu var. İndi hava soyuq olsa da, quyunun suyu ilıqdır. Yayda isə suyu çox sərin olur. Suyu soyuducuya qoymağa ehtiyac qalmır. Bəzi yerlərdə quyular çarxla işlədilir. Amma müəyyən yerlər də var ki, orada quyulara motor qoyulub, yəni müasirləşdirilib. Bu quyuların suyundan həyətyanı torpaqların suvarılması üçün də istifadə edilir”, - deyə kənd sakini İsgəndər Nəsibov bildirib.

Kənd sakini Qurban Yusibovun həyətindəki su quyusu 40-50 il bundan öncə qazılıb. Hələ də işlək vəziyyətdədir və suyu dədə-baba üsulu ilə çıxarır. “Quyunun suyu içməyə yararlıdır. Yaxşı samovar çayı olur. Əlavə xərc çəkib su almağa da ehtiyac yoxdur”, - deyə Q.Yusibov əlavə edib.

Yay aylarında havaların isti keçdiyi vaxtlarda quyularda su nisbətən azalsa da, bu, sakinləri narahat etmir. Çünki fəsil dəyişdikcə quyu  suyunun səviyyəsi yenidən qalxır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM