04 Sentyabr 2019 16:06
1315
CƏMİYYƏT
A- A+

Su: hər damcısında həyat var

Canlıların yaşaması üçün əsas vasitə hesab edilən su həyat mənbəyidir. Yer üzünün 75 faizini təşkil edən suyun yalnız 2,5 faizi təmizdir. İnsan səhhətində baş verən xəstəliklərin 80 faizi təmizlənməmiş suyun qəbulu nəticəsində baş verir.

Həkim-fitoterapevt Ulduz Hüseynova suyun faydalı və mühüm keyfiyyətləri barədə danışarkən AZƏRTAC-a deyib: "Suyun tərkibində müxtəlif üzvi maddələr və az miqdarda radioaktiv şüalar var. Su həm də universal mühitdir. Susuz yaşamaq çətin prosesdir. İnsan yeməksiz 6 həftə dözə bildiyi halda, susuz cəmi 2-3 gün davam gətirə bilər. İnsan orqanizmində oksigendən sonra ikinci yeri tutan su qanın 92, beyinin 72, sümüklərin isə 22 faizini təşkil edir. Su yeganə nemətdir ki, bütün qida maddələri yalnız suda həll olunmuş halda qana və toxumalara keçir”.

O, daha sonra deyib: "Qaynadılmış su ölü su sayılır, çünki mikroelementlərin parçalanması nəticəsində su öz faydasını itirir. Maqnezium duzu ilə zəngin olan su çox faydalıdır. Gecə boyu bədən hüceyrələri yenilənir, özünü bərpa edir. Ona görə də səhər yeməyindən əvvəl bir-iki stəkan su içmək toksiki maddələrdən xilas olmaq, metabolizmi gücləndirmək və xəstəliklərdən qorunmaq üçün ideal vasitədir. Hər səhər acqarına içilən 2 stəkan su dəriyə elastiklik verir, onu gərginlik və qocalmadan qoruyur, orqanların mayeyə olan ehtiyacını ödəyir, toxluq hissi verir. Həyat mənbəyi olan su yağ və enerji yandırmağa da kömək edir. Limfa vəziləri və bağırsaqları infeksiyalardan qoruyur. Qastrit və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün su ən yaxşı vasitədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video